Yeni məzunlar, sizinçün məktub var...

Yeni məzunlar, sizinçün məktub var...

   
   entrepreneur.com redaktorlarından karyera məsləhətçisi Sarah Vermunt, yeni məzun olmuş şəxslərin narahatlığı və yaşadıqları problemlərlə əlaqədar onlara xitabla bir məktub qələmə almışdır. Vermunt məktubunda tamamilə başqa perspektivdən yeni məzunlara çox özəl tövsiyyələr verir.
   
    Məzun olmağın eynilə evlənmək, övlad sahibi olmaq və ya yeni evə köçmək kimi fərqli duyğular gətirdiyini söyləyən Vermunt, qürurla və həyəcanla birlikdə “İndi nə edəcəm?” sualının da meydana çıxdığına diqqət çəkir. Yeni məzunların qarşıda qeyri-müəyyən bir gələcəklə üz-üzə qaldığını və belə olan halda hər kəsin ondan ən düzgün qərar verməyi gözlədiyini bildirən xanım Sarah əslində bunun əksi olacağına dair bir məktub qələmə almışdır.

    Vermuntun narahatlıq içində olan yeni məzunlara yazdığı məktubu təqdim edirik:


    “Əziz yeni məzun,
    Təxmin edirəm ki, hal-hazırda təkəri partlamış bir avtomobil kimi səni gözləyən gələcəyinlə üz-üzəsən. Nə isə etmək, ən düzgün qərarı vermək və gələcəyini indidən qurmaq istəyirsən, lakin nə etməli olduğunu çox da bilmirsən. Ətrafındakı hər kəs sənə nəsə etməli olduğunu söyləyir.
Xəyalındakı işin nə olduğunu və onu necə etməli olduğunu bilməlisən. Gələcəyin haqqında aydın vizyonun olmalıdır. Ailəni xöşbəxt etməli və özün də xöşbəxt olmalısan…
    İndi isə biraz gerçəklər haqqında danışaq. Heç birimiz nəyi isə tamamilə bilmirik. Çalışmağa başladıqdan illər sonra belə bunun belə olduğunu görəcəksən. O yaşlarda və təcrübəsiz biri olaraq gələcəyi görmək və gələcəkdə nələr ola biləcəyini sezmək mümkün deyil. Bax bunu sənə bəlkə də heç kim deməyib, iş həyatı çətindir və təəssüf ki, mükəmmək plan deyilən bir şey yoxdur. Hər işdə bir risk mütləq var və insanların dediyinin əksinə, çox çalışsan belə işlər öz axarından çıxa bilir.
   Sadəcə sən qorxmursan. Yeni məzunlar qədər illərdir çalışan insanlar da bir çox mövzuda narahatdırlar. İş həyatına başlamaq bütün problemlərin həll olunması demək deyildir. Həyat yaxşı və pis şeylərin birlikdə mövcud olduğu bir yoldur və bunu yolun başlanğıcında qəbul etməlisən.
İstəyirsən inan, istəyirsən inanma lakin bu yaxşı bir şeydir. Bu tərzdə düşünmək səni hansı işi etməyi əsla istəmirsənsə ona yaxınlaşdıracaq. Görə biləcəyin ən yaxşı işin nə olduğunu bilmədiyin üçün narahat olmamalısan. Görməkdən nifrət etdiyin iş sənə daha çox yol göstərəcək. Öz instinktlərinə güvənməlisən. İşıq gördüyün, özünü ən yaxşı hiss etdiyin işin arxasınca qaç. Həvəs və həyəcan yaşadığın çətinliklərin öhdəsindən daha asanlıqla gəlməyə kömək edəcək.
Karyera yolu döngəli, enişli-çıxışlı bir yoldur. Hətta bəzən özünü bir müddət sonra yenidən yolun başına qayıtmış görə bilərsən. Əsla pis olma. Həyat belədir. Əmin ol ki, təcrübə həmişə gücünə güc qatar və sənə çox şey öyrədər.
    Narahat olma, əvvəl axır mübarizə aparacaqsan. Çətinliklərin olacaq, xöşbəxt də olacaqsan, yorulacalaqsan da. Amma mütləq yolunu tapacaqsan. İndidən nə etməli olduğunu bilmirsənsə əsla stresə girmə. Təcrübə qazandıqca nəyi necə edəcəyini öyrənəcəksən. Önəmli olan yoldakı işarələrə diqqət etməkdir. Əgər instinklərinə və bacarıqalarına güvənirsənsə, rahat və diqqərli olsan yolunda sənin üçün yaranacaq fürsətləri görə biləcəksən.
    Həyatda həddindən çox ediləcək iş, görüləcək yer var, zaman da sürətlə keçir. “İndi nə edəcəm?” sualında boğulmağı bir kənara buraxıb yoluna davam et. Yolunu yaşadığın təcrübələrlə tapacaqsan.
 

  • Paylaş:

Yüklənir