Yaxşı insan olaraq iz buraxmağın 10 yolu

Yaxşı insan olaraq iz buraxmağın 10 yolu

Hamımız içində olduğumuz sosial çevrədə sevilmək, dəyər görmək və yaxşı insan olaraq iz buraxmaq istəyirik. Bəzən komandamızla aramıza müəyyən məsafə qoymağa çalışsaq da komanda üzvlərinin bizi sevib bir lider olaraq bizi örnək alması onların diqqətlərini işə cəmləmələrini daha da asanlaşdıracaq. Ən yaxşı liderlər olduqları sosial çevrədə həqiqətən sevilən insanlardır.

Yaxşı insan olaraq iz buraxmaq üçün bir çox insanın həyatına tətbiq etdiyi 10 qaydanı təqdim edirik.

Siz də əgər tətbiq etmirsinizsə tətbiq etməyə başlayın və dəyişikliyi öz gözlərinizlə görün.

  1. İnsanların sözünü kəsmədən dinləyin

Yaxşı dinləyici ola bilmək çox gözəl xüsusiyyətdir. Bu qarşımızdakı insan fikrini tamamlayana qədər müdaxilə etmədən və sual soruşmadan səbirlə dinləmək deməkdir. Dinləyərkən danışanın dediklərinin doğru olub olmadığını ölçüb müdafiəyə keçmək üçün yox, həqiqətən onu başa düşmək üçün dinləməliyik.

 

  1. Ətrafınızdakılara gülümsəyin

Gülümsəmək və mülayim davranmaq ətrafımızdakılara müsbət enerji verir. Gülümsəmək sadə görünsə də artıq bir çox insanın unutduğu bacarıqdır. Gülümsəməyi adət halına gətirin.

 

  1. Birtərəfli dialoqlardan qaçın

Danışıb fikirlərinizi paylaşmaqdan çəkinməyin, amma söhbət zamanı iki tərəfin də danışıqlarına yer verməyi unutmayın. Təbii ki, sizin fikirləriniz önəmlidir. Bu fikirləri qarşı tərəfin də fikirlərini paylaşmağına imkan yaradaraq bölüşsəniz əsl ünsiyyəti qura biləcəksiniz.

  1. Əvəzini gözləmədən kömək edin

Winston Churchill’in dediyi kimi “Əldə etdiklərimizlə yaşayırıq, lakin həyatımızı sərf etdiklərimizlə qururuq”. Özünüzü məcbur hiss etmədən, istədiyiniz üçün kömək edin. Ətrafınızdakılara kömək etdikcə siz də  xöşbəxt olacaqsınız.

 

  1. Əlinizdəkilərin qiymətini bilin

Malik olduğunuz hər şeyin qiymətini bilin. Bu minnətdarlıq həyata pozitiv baxış tərzi qazandıracaq.

 

  1. Etimad edilən biri olun

Bir insana söz verdiyiniz zaman, o insanın bizə etimad etməsi əhəmiyyətli dərəcədə önəmlidir. Buna görə də sözünüzün üstündə durmaq sizi çevrənizdə güvənilən insan edəcəkdir.

 

  1. Sözünüzün üstündə durun

Yaxşı niyyətli insanlar söz verir, xarakterli insanlar isə sözünün üstündə durmağı bacarır. Sözünüzdə durmaq prioritetiniz olmalıdır. Söz verdiyiniz zaman yüz ölçüb bir biçin. Tuta bilməcəyiniz sözlər verməyin.

 

  1. Bağışlamağı öyrənin

İki cür bağışlamaq vardır. Birincisi həmin insanı bağışlayar və növbəti şansı verərsiniz, digəri isə o insanı bağışlamağınıza rəğmən yolunuza onsuz davam etməli olduğunuzu düşünərsiniz. İki seçim də düzgün istifadə edilməlidir. Qarşınızdakını cəzalandırmaq məqsədilə deyil, sizin üçün ən doğru olduğuna inandığınız seçimi etməlisiniz.

 

  1. Dürüst olun

Ətrafımızda ən çox sevilən insanlar aldatmadan ancaq doğruları söyləyən və istiqamətdə davranan kişilərdir. Doğruların arxasınca gedən insanlar cəmiyyətdə də sevilir və hörmət edilirlər.

 

  1. Həyata Pozitiv Baxın

Neqativ və hirsli insanlar öz mənfi enerjilərini ətraflarına da yayırlar. İş həyatında və sosial əlaqələrdə müsbət baxış tərziniz olsun . Stəkanın dolu tərəfinə baxaraq alternativ həllər tapın və ətrafınızdakı fürsətləri  görməzdən gəlməyin. Vəziyyət necə olur olsun, nə edə biləcəyinizə diqqəti cəmləyin və ümidsizliyə düşməyin.
  

Bəs siz axırıncı dəfə nə vaxt arxasınca yaxşı izlər buraxan bir insanla qarşılaşdınız? Ya da siz nə qədər yaxşı bir insan olaraq iz buraxdığınızı düşünürsünüz?

 

  • Paylaş:

Yüklənir