Təcrübəniz vəzifənizə uyğundur, bəs xarakteriniz?

Təcrübəniz vəzifənizə uyğundur, bəs xarakteriniz?

Müvəffəqiyyətli işəgötürmə prosesində artıq İnsan Resursları mütəxəssisləri namizədlərin təcrübə və bacarıqları ilə birlikdə, həmçinin xarakterik xüsusiyyətlərinin də vakansiyaya uyğun olub-olmamasına diqqət yetirirlər.
İşə qəbul  prsosenini bir “puzzle” kimi fikirləşsək, bacarıq və təcrübəniz “puzzle”ın  müəyyən hissələrini təşkil edir. Ancaq “puzzle”ın digər hissəsi olan xarakterinizin vakansiyaya uyğunluğu bu prosesdə əhəmiyyətli rol oynayır.

İnsan Resursları mütəxəssislərinin namizədlərdə görmək istədikləri 7 xarakterik xüsusiyyətlər:

Təsirli ünsiyyət bacarığı

Ünsiyyət bacarığı iş həyatında ən çox axtarılan xüsusiyyətlərin başında gəlir. Bir işçinin komanda yoldaşları, rəhbəri və ya müştərilərlə ünsiyyət forması işçinin müvəffəqiyyətinə də, müvəffəqiyyətsizliyinə də böyük  təsir göstərir. Bundan dolayıdır ki, iş mühitində bir işi nə qədər keyfiyyətli görmək qədər, insanlarla ünsiyyət şəkli də önəmlidir.

Təşəbbüskarlıq

Təşəbbüskarlıq, qərar qəbul etməkdən qorxmamaq da işverənlərin ən çox axtardığı xüsusiyyətlər içində yer alır. İş müddətində hər hansı bir qərar qəbul etmək və məsuliyyəti öz üzərinizə götürmək üçün mütləq deyildir ki, menecer vəzifələrində çalışasınız. İş dünyası artıq lazım olan hallarda qərar qəbul edə bilən və məsuliyyət götürə bilən insanlarla birlikdə işləməyə üstünlük verir.

Aktivlik

İş dünyasında müvəffəqiyyətli ola bilmək üçün əsas şərtlərdən biri sürətli hərəkət etməkdir. Müvəffəqiyyətli olmağı qarşısına hədəf qoyan işçilər də bilməlidirlər ki, xidmət göstərmək və ya əmtəə istehsal etmək fikrinə sahib olanlar deyil, həmin xidmət və ya əmtəəni bazara ilk çıxaranlar qazanırlar. Elə bu səbəbdən də şirkətlər sürətli hərəkət edən, aktiv, nəticəyə yönəlmiş və əlbəttə vaxtla yarışan işçilərlə yollarıına davam etmək istəyirlər.

Etibarlılıq

Etibar edilmək və dürüstlük həm iş həyatında, həm də sosial həyatda bir-birini dəstəkləyən anlayışlardır. Etibar edilən və dürüst işçilərin daha geniş əlaqələrə sahib olduqları, istər iş fəaliyyəti, istərsə də əlaqələri ilə həm özünün, həm də şirkətin etibarını artırdığının şahidi olunur.

Araşdırmağa meyillilik

İR mütəxəxssislərinin namizədlərdə axtardığı digər xüsusiyyət isə araşdırmağa meyilli olmaqdır. Araşdırmaq dəyişiklikləri və yenilikləri də özü ilə birlikdə gətirir. Daim yeniliklərə meyilli olan, özünü fərqli sahələrdə inkişaf etdirən və maraq dairəsi geniş olan olan və bunları işində tətbiq edəbilən işçilər həmişə ön planda olur.

Öz-özünü motivasiya etmək

İş prosesi həmişə səhvsiz olmur. Rəhbərlərin və müştərilərin sizdən gözlədikləri, təhvil verəcəyiniz sənədlərin təhvil tarixinin yaxınlaşması, işlərinizdəki kişik səhvlər sizin motivasiyanızı hərdənbir aşağı sala bilər. Bu cür zamanlarda belə əhval-ruhiyyənizi aşağı salmayın. Çatmaq istədiyi hədəf üçün daim çalışan, öz-özünü motivasiya edən işçilər İnsan Resursları mütəxəssisləri tərəfindən ən çox seçilən namizədlərdəndir.

Təşkilati mədəniyyətə uyğunlaşmaq

Hər şirkətin fərqli təməl dəyərləri vardır və şirkətlər işçilərindən bu dəyərlərə uyğunlaşmağı tələb edirlər. Bu səbəblə də İnsan Resursları mütəxəssisləri də təşkilatların təməl dəyərlərini bilən və bu dəyərlərə uyğun çalışa biləcək namizədlərə üstünlük verirlər.

  • Paylaş:

Yüklənir