İş axtararkən nələrə daha çox diqqət edilməlidir?

İş axtararkən nələrə daha çox diqqət edilməlidir?

Böhranın demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə etdiyi bu günlərdə işsizlik böyük problemlərdəndir. Hansı səbəblə olmasından asılı olmayaraq işini itirən fərdlər potensiallarına rəğmən iş tapmaqda çətin problemlərlə üzləşirlər. Hətta bəzi fərdlər istəmədikləri şərtlərdə işləmək məcburiyyətində qalırlar. Halbuki, müvəqqəti deyil, daimi həll yolları həm iş axtaran tərəfin, həm də iş verən tərəfin ilkin seçimi olmalıdır. Elə bu məqamda bəzi təməl suallar doğru cavablandırılmalı, düzgün iş axtarma metodlarından istifadə olunmalıdır.

Təhsiliniz, karyera keçmişiniz və potensialınıza bağlı olaraq, əvvəlcə öz ehtiyaclarınız doğru qiymətləndirməli və istədiyiniz sahədə, istədiyiniz iş mühitinə uyğun vakansiyalar araşdırılmalıdır. Unutmayın ki, işçi məmnuniyyəti ancaq işçinin tələblərinin yerinə yetirildiyi bir mühitdə mümkündür. Siz nə istədiyinizi bilmirsinizsə tapdığınız iş nə qədər mükəmməl olursa olsun, işinizdən məmnun qalmayacaqsınız. Hansı işi görmək istəyirsiniz? Harada işləmək istəyirsiniz? Ən az nə qədər maaş sizin istədiyiniz həyat standartına uyğundur? İş yeriniz evinizə nə qədər uzaqlıqdadır? kimi suallara cavab tapalısınız.
İş axtararkən nələrə diqqət eməli, nələri etməli və nələri etməməlisiniz?

1- İstədiyiniz kimi bir iş tapmaq üçün bəzən bir neçə həftə, bəzən isə bir neçə ay sərf etməlisiniz. Bu müddətdə səbirli olmalı və ümitsizliyə qapılmamalısınız. Müəyyən dönəmlərdə ümitsizliyə düşsəniz belə, inamınızı itirməməli və sizə uyğun işin mütləq qarşınıza çıxacağına inanmalısınız.

2- İş axtarmaq da bir işdir. Bu müddəti öz həyatınız üçün çalışdığınız müddət kimi qəbul etmək sizi bir çox məqamda sıxan duyğu və düşüncələrdən uzaqlaşdıracaqdır. Əlbəttə, müəyyən qədər maddi vəsait bu müddətdə sizin təməl ehtiyaclarınızı qarşılamaq üçün vacibdir, lakin unutmayın ki, sırf bu  mərhələ də sizin gələcək həyatınız üçün çox mühüm əhəmiyyət kəsb edir.


3- CV-nizi nəzərdən keçirin. Diqqəti cəlb edən və doğru hazırlanmış CV ən təsirli referansdır. Axtardığınız işlərin mahiyyətinə uyğun olaraq CV-nizi dəyişdirmək faydalıdır.


4- Karyera saytları, sosial şəbəkələr, İnsan Resursları Şirkətləri kimi iş tapmağa kömək edəcək vasitələrdən istifadə edin. Xüsusilə də, Linkedin sosial şəbəkəsində CV-nizi açıq yayımlamaq imkanı var. Bu imkandan geniş yararlanın. Bəlkə də, sizin axtardığınız iş elə sizi axtarır.
 
5- Müraciət etdiyiniz iş yerlərindən gələn müsahibə təkliflərinə təyin olunan vaxtdan gec olmamaq şərtilə mütləq gedin. Əgər hər hansı problemə görə və ya müraciət etdiyiniz vakansiya üzrə artıq çalışmaq istəmirsinizsə intervyuda iştirak etməyəcəyinizi mütləq bildirin. Unutmayın ki, xətalı bir davranışınız heç gözləmədiyiniz bir yerdə, heç gözləmədiyiniz bir zamanda qarşınıza çıxa bilər.

6- Hər müsahibə müsbət nəticələnə bilməz. Necə ki CV-nizi göndərdiyiniz hər iş yerindən müsahibə təklifi gəlməyə bilər, eləcə də hər getdiyiniz müsahibə müsbət nəticələnməyə bilər. Lakin bu məqamda aldığınız rədd cavabları sizi həvəsdən salmamalıdır. Hər bir iş müsahibəsini təcrübə olaraq qəbul edin. Hər müsahibədən sonra özünüzü ifadə etməyin daha da asanlaşdığını görəcəkiniz.  Hər keçən gün müsahibədən sonra həyəcanınızın biraz daha azaldığının şahidi olacaqsınız.. İş axtarmaqdan və müsahibələrə getməkdən yorulmayın.

7- İş təklif edən tərəfin ən təməl problemlərimdən biri vakansiyaya müraciət edən namizədin müraciət etdiyi iş və ya iş yeri haqqında məlumat sahibi olmamasıdır. Buna görə də, müsahibəyə getməzdən əvvəl müraciət etdiyiniz vakansiyanı, tələb olunan xüsusiyyətləri, bu xüsusiyyətlərə uyğun təcrübələrinizi nəzərdən keçirin, iş yerinin tarixçəsi, bazardakı yeri haqqında məlumat sahibi olmaq faydalıdır.


8- Müsahibəyə gedərkən geyim, saç düzümünə, qadınlar makyaja, bəylər üz təmizliyinə və s. şəxsi təmizliyə fikir verilməlidir. Geyim tərzində, aksessuar seçimində ifrata qaçmamağa diqqət edilməlidir.

9- İş axtarmaq üçün getdiyiniz bəzi şirkətlərdə düzgün olmayan hallarla qarşılaşa bilərsiniz. Vəziyyət nə olursa olsun hörmət və özünüzə xas davranışlardan imtina etməyin. Xeyli müddət gözləmək, uzun anketlər doldurmaq, əvvəlcədən qeyd olunmamış imtahanlar, müsahibə müddətində səbrinizin sınandığını sizə düşündürəcək davranışlarla qarşılaşa bilərsiniz. Bütün bu mənfi şərtlərdə sakitliyinizi qorumaq, hirslənməmək sizə əlavə şans qazandırar. Siz o şirkətdə çalışmağı seçməsəniz bele gələcəkdə qarşınıza çıxacaq iş fürsətlərində sizə yeni qapılar aça bilər.

 

  • Paylaş:

Yüklənir