STRESSİ FÜRSƏTƏ ÇEVİRMƏYİN YOLLARI

STRESSİ FÜRSƏTƏ ÇEVİRMƏYİN YOLLARI

Psixoloqlara görə, əsas problemlər stressdən deyil, stress zamanı davranışlardan, yəni stresin yanlış idarə edilməsindən qaynaqlanır. Stress düzgün idarə edildiyi zaman həyat fəaliyyətinə müsbət təsir göstərən ünsür kimi də çıxış edə bilir.

İnsan daim yenilənən stress qaynaqları ilə mübarizə apararkən düzgün olmayan, hətta bəzən özünə də zərər verə biləcək davranışlar sərgiyələ bilir. Bu məqamda problemin özəyini də məhz stress anında göstərilən səhv reaksiyalar təşkil edir. Hərkəsin xarakteri, streslə mübarizə aparma metodları fərqlidir. Daim dəyişən həyat şərtlərinə uyğunlaşmağa çalışan hər canlının stress yaşadığını deyən psixoloqlar stressə bir neçə daxili və xarici səbəblərin yol açdığını bildirilər:

Qəzaya düşmək, işə gecikmək, evlənmək, boşanmaq, sevdiyi insanları itirmək kimi müsbət və mənfi xarici dəyişiklərlə yanaşı xəstəlik, fiziki gücsüzlük kimi daxili dəyişikliklər də stress qaynağı ola bilər. Müxtəlif daxili və xarici dəyişikliyə müəyyən müddət məruz qaldıqda bu vəziyyət insana mənəvi və fiziki cəhətdən mənfi təsir edə bilir. Qeyd etdiyimiz kimi, insanlar bu yenilənən stress qaynaqlarına qalib gəlmək üçün bəzən özünə zərər verə bilən davranışlar göstərə bilir və əsas problemləri yaradan da streslə başa çıxmaq üçün istifadə edilən sağlam olmayan davranışlar olur. Məsələnin həllindən uzaqlaşdıran bu davranışlara həddindən artıq yemək yemək, çox spirtli içkilər qəbul etmək, siqaret çəkmək, müxtəlif dərmanlardan istifadə etmək, özünə qapanmaq, şiddət də daxil olmaqla müxtəlif reaksiyalar vermək, işi və ya müəyyən münasibətləri tərk etmək, yubanmaq, həddindən artıq narahatlıq, problemləri inkar etmək kimi davranışları misal göstərmək olar. Bütün bunlar stress faktorunu aradan qaldırmadığı kimi, məsələlərin daha da böyüməsinə, hətta nəticələrin bütün həyatımıza təsir etməsinə gətirib çıxara bilər.

stress faktorları ilə mübarizə aparmaq üçün müəyyən üsullardan istifadə etmək lazımdır. İlk öncə həyatınızı nə idarə edirsə onu müəyyənləşdirməlisiniz. Nəzarət sizdədirmi, yoxsa ətrafdakı digər ünsürlərdədirmi? Müəllim, hakim, müdir, valideyin və s. söz haqqına sahibdirmi yoxsa siz? Həyatınızda sizinlə əlaqəli hadisələrin gedişatını və nəticəsini dəyişdirə biləcək gücə sahibsinizmi? Psixoloqlar streslə mübarizə etmək strategiyalarını dözümlülük, reaksiya, bədəninə qulaq asma, mümkünsə stresi azaltma, yükü azaltma və problem həll etmək şəklində sıralayır, eyni zamanda, bu addımları atmaq üçün nələr edə biləcəyinizlə əlaqəli ipucları verirlər. Dözümlülük – fiziki, ruhi və emosional olaraq daha güclü olmalısınız ki, stresli bir situasiya ilə qarşılaşdığınız zaman onunla mübarizə apara biləcək gücə sahib olasınız. Bunun üçün məşqlər, sistemli yuxu və qidalanma vərdişləri qazanma, spirtli içki, nikotin qəbulunu azaltma, sizi rahatlaşdıracaq məşğuliyyətlər tapmaq və insanın özünə sosial dəstək sistemi qurması vacibdir.

Ətrafınıza sərgilədiyiniz davranışların mahiyyətini digər insanlar tərəfindən necə qəbul olunmağı müəyyənləşdirir. Daimi olaraq ən pis gözləntilər içində olan, xarici ünsürlərin nəzarəti altında olduğu qənaətinə gəlmiş bir insanın həyatın çətinlikləri qarşısında stress yaşaması normal haldır. Bunu dəyişdirə bilmək üçün insan öyrəndiyi və çalışdığı zaman səhvlər edə biləcəyini, hislərinin məsuliyyətini öz üzərinə götürməyini və hər şeyə nəzarət edilə bilməyəcəyini qəbul etməlidir. Bunları anlamaq streslə qarşılaşdığınız zaman məsələnin qaynağını daha tez tapmağınızı təmin edir və streslə başa çıxmağa kömək edir. Bu streslə bağlı xronik narahatlıqların qarşısını almaqda mühüm addımdır.

“XEYİR” deməyi bacarın. Həyatınızdakı stress səviyyəsini azaltmağa bəzi davranışlar qazanmaq kömək edə bilər. Buna “xeyir” deməyi misal göstərmək olar. Lazım olan anda xeyir deyilmədiyi halda hər dəfə insan öz üzərinə əlavə öhdəlik götürür ki, bu da stresi artırır. Digər mühüm məsələ isə iş-təhsil ilə şəxsi, gündəlik yaşamı ayıra bilmək, birinin digəri hesabına problem yaratmağına fürsət verməməkdir. Öhdəsindən gələ biləcək qədər dəyişiklik insanın asanlıqla nəticə əldə etməsinə gətirib çıxara bilər.

 Müsbət nəcitəyə nail olmaq üçün aydın hədəflər müəyyənləşdirin. Yükünüzü azaltmaq, mənfi düşüncələri nəzarətiniz altına almaq, fəaliyyətinizdə gerçək və əlçatan hədəflər qoymaq, narahatlıqla keçirilən müddəti azaltmaq, yubandırmaq və imtina etmək xüsusiyyətlərini tərgitmək insanın rahatlaşmağına və stresi idarə etməyinə kömək edir.

Problemləri həll etmək üçün hədəflər müəyyənləşdirmək, fəaliyyət planlarını qurmaq üçün lazımi bilikləri əldə etmək, işləri hissələrə ayıraraq tamamlama müddətini müəyyənləşdirmək, əldə edilən müvəffəqiyyətləri təqdir etmək və yeri gəldikcə qəbul etdiyiniz strategiyanın effektivliyini nəzərdən keçirərək lazımi düzəlişləri etmək kimi problem həll etmək metodları ilə yuxarıdakı maddələr birləşdiyi zaman stress insan üçün yalnızca yaradıcı faktora çevrilir.

 

  • Paylaş:

Yüklənir