Düzgün CV necə yazılmalıdır?
  • CV
  • 01.02.2017, 16:11

Düzgün CV necə yazılmalıdır?

İnsan Resursları Mütəxəssisi və ya hər hansı şirkətdə işə alma prosesini həyata keçirmək məsuliyyəti daşıyan şəxs tərəfindən CV-də nələrə diqqət edildiyini nəzərdən keçirək.

Mütəxəssis CV-ni aşağıdakı ardıcıllıqla nəzərdən keçirir:

1- Ad, şəkil,
2- Son iş yeri ve ünvan,
3- İşlədiyi müddət,
4- Vəzifə, həyata keçirilən layihələr,
5- Onlayn müraciətdirsə ön yazı,
6- Təhsil.

Ardıcıllıq ölkəmizdə  təxmini belədir. Bəs bir İnsan Resursları Mütəxəssisi sizcə “Müsahibəyə çağırmaq üçün CV-ni nəzərdən keçirməyə davam etməliyəmmi?” sualına neçə saniyədə cavab verir?  Bununçün sadəcə 6 saniyə kifayət edir.
Yəni bu o deməkdir ki, siz elə bir CV hazırlamalısınız ki, onu nəzərdən keçirən şəxs 6 saniyə sonra da baxmağa davam etsin. Bu ilk mərhələdən sonra ikinci hədəfiniz, “Baxdıqdan sonra sizi müsahibəyə çağırsın.” olmalıdır.

Belə olan halda düzgün CV necə hazırlanır, bu işin metodu və ya üsulu nədir, maddələr şəklində aydınlaşdıraq.

1-Diqqəti cəlb edən və axıcı CV standartlarına uyğun CV forması tapılmalı və ya düzəldilməlidir.
Bu məqamda Google köməyinizə çatacaqdır. Bizim tövsiyyəmiz karyera hədəfinizi və peşənizi əks etdirə biləcək CV nümunəsi seçməyinizdir. Məsələn, əgər siz qrafik-dizaynersiniszə CV-nizə baxan kimi bu hiss olunmalıdır.

2- CV-nizə mütləq şəkil yerləşdirin.
Şəkliniz ilk baxışda “enerjili və ciddi” təsir bağışlamalıdır. Eləcə də son 6 ayda çəkilmiş olmalıdır. Bu CV-nizə baxan şəxslə müsbət əlaqə qurmaqda sizə kömək edəcək. Bir çox mütəxəssis şəkilsiz CV-ləri nəzərdən keçirməkdən belə imtina edir.

 3- CV-nin həcmi iki səhifədən artıq olmamalıdır.
İllərlə təcrübəniz olsa belə iki səhifəni  keçməmək şərtilə hazırlamalısınız. Məlumatlar konkret və düzgün olmalıdır.

4- Uzun cümlələrdən istifadə etməyin.
CV-nizə əlavə etmək istədiyiniz çox məqam ola bilər, lakin unutmamalısınız ki, CV-nizi nəzərdən keçirən mütəxəssisin bunun üçün ayırdığı vaxt sadəcə 1-3 dəqiqədir. Əgər bu müddətdə o sizin CV-nizdəki uzun cümlələrdən yorularsa onu bir kənara qoyacaq. Bunun üçün qısa cümlələrdən istifadə etmək məsləhətlidir. Ümumiyyətlə, CV birinci və ya üçüncü şəxsin dilindən yazılmalıdır.

5- Gördüyünüz işlərin və layihələrin qısa şəkildə xülasəsini yazın.
“Şirkətin müştərilərinin istəklərinə görə layihələr hazırladım” ya da “E-Ticarət Sistemi yazdım” bir iş xülasəsi deyildir. Bəs xülasə necə olmalıdır? Oxuyan şəxs sizin hansı layihələrdə, nə qədər, hansı öhdəliklərinizin olduğunu başa düşməlidir.

6- Əsla orfoqrafik səhvlər etməyin.
Yazı səhvləri olan bir CV ilk  baxışdan xoş təsir  bağışlamır. Səbəbi isə budur ki, qiymətləndirmə aparan şəxs fikirləşir ki, “Namizəd iş axtarmaq mərhələsinin ilk addımı olan CV yazmağa belə kifayət qədər diqqət göstərmirsə, mən bu işçini niyə işə almalıyam?”

Sizcə haqlı deyilmi? Hətta bu səhvə onun ixtisasına aid olan hər hansı texnologiyanın və ya terminin adında rast gəlinirsə…

7- Karyera hədəfinizi mütləq vurğulayın.Karyera hədəfiniz çok əlçatmaz olsa belə yazın. Sizin bu xəyal kimi görünən hədəfinizi doğru qiymətləndirməyəcək bir şirkət ilə işləməməlisiniz. 

8- Təməl CV formatlarına uyğun yazmalısınız.
Əlaqə vasitələri (telefon, email) və ünvan qeyd edin. İş təcrübənizi və təhsilinizi son tarixdən başlayaraq xronoloji ardıcıllıqla yazın. Yəni son işlədiyiniz yer, son məktəbiniz ən yuxarıda…

9- Ön söz
Onlayn müraciət zamanı mütləq ön söz əlavə edin. Bu ön sözdə sizin CV-nizin nəzərdən keçirilməsi və hətta müsahibəyə çağırılması üçün səbəb qeyd olunmalıdır. Şablon ön sözdən söhbət getmir. Müraciət etdiyiniz şirkətə və vakansiyaya aid bir ön söz olmalıdır.

10- Kitab oxumaq hamının hobbisidirsə niyə kitabxanalar boşdur?
Kitab oxumaq hobbi deyil, həyatımızın önəmli parçasıdır. Bu maddədə sadəcə klassik “hobbilərim” kimi sizi gülməli vəziyyəti salacaq və gerçəklə uyuşmayan bütün lazımsız məlumatlardan uzaq durun. Həqiqətən hər hansı bir hobbiniz varsa, əlbəttə ki, yaza bilərsiniz.

11- Gerçəklərə zidd olacaq məlumatları əks etdirməyin
CV-nizdə yer alan bütün məlumatlar doğru olmalı və şişirdilmiş olmamalıdır. İstər CV-nizdəki digər məlumatlar, istərsə də sizin haqqınızda internetdə olan məlumatlarla üst-üstə düşməlidir. Əks halda öz yazınızla təzadlar ortaya çıxacaq.

İstisna hallarda:
Əgər CV-nizi bir İnsan Resursları şirkətinə göndərirsinizsə ön söz hissəsində

– Gözlədiyiniz əməkhaqqı (aralıq ola bilər),
– Hansı şirkətlər və ya layihələr sizi maraqlandırır,
– Maraqlandığız vakansiya,
– Yaxın gələcəkdə planladığınız işlər və s.
kimi nəzərdə tutduğunuzu mütləq bildirin ki, sizə həqiqətən uyğun fürsətlərdə xəbər verilsin.

Xülasə, CV-niz əslində sizin keçmişiniz olmaqla bərabər, həm də gələcəyinizi müəyyənləşdirəcəyi üçün onu oxuyan şəxsin 
– Siz kimsiniz?
– Nə işlər görmüsünüz?
– Nələr etmək istəyirsiniz?
– Gələcək hədəfləriniz nələrdir?
– Niyə məhs sizi seçsinlər?
suallarına dəqiq cavab verməlidir.

İş axtarmaq da bir işdir və çox rəqibinizin olduğunu unutmayın. CV-niz sizin güzgünüzdür. Sizi aydın əks etdirməlidir. Sizi işə götürən şirkət siz olduğunuz üçün götürməlidir ki, hər iki tərəf uzun müddət məmnuniyyətlə birlikdə çalışa bilsin.

Karyeranızda uğurlar diləyirik.

  • Paylaş:

Yüklənir