- Şirkətə daxil olan müraciətləri təhlil edir və onların icrasına dair təklif hazırlayır
- Xidməti materiallar ilə işləyir, onları rəhbərliyə məruzə etmək üçün sistemləşdirir
- Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, daxil olan məktubların müəlliflərinə cavab məktubları hazırlayır
- Rəhbərlik tərəfindən həyata keçirilən iş bölgüsünə uyğun olaraq, müştərilərə keyfiyyətli və operativ hüquqi xidmətlərin göstərilməsini təmin edir
- İcraatında olan işlərlə bağlı aidiyyəti dövlət, bələdiyyə və məhkəmə orqanlarına müraciətlər hazırlayır, həmin orqanlara təqdim etmək məqsədi ilə zəruri sənədləri toplayır və müştəriləri həmin orqanlarda təmsil edir
- Şirkətə daxil olan elektron müraciətlərin və qısa sorğuların cavablandırılmasında iştirak edir
- Müştərilərin sifarişi ilə məktubların, ərizələrin, şikayətlərin, iddia ərizələrinin və ya digər müraciət formalarının, eyni zamanda, müqavilələrin, korporativ müştərilər üçün daxili təlimat və qaydaların və sair sənədlərin layihələrini hazırlayır
- Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsini təmin edir
- İş qrafiki: həftənin 5 günü, 09:00-dan 18:00-dək