Bizim haqqımızda

 

Azem Karyera karyeranızı qurarkən istər daxili istərsə xarici əmək bazarından doğru qərarları, doğru insanları və doğru işləri sizə gətirməklə iş həyatınızı asanlaşdırır.

XİDMƏTLƏRİMİZ



Sürətli xidmət

Azem Karyera şirkəti olaraq sizin üçün kadrların və iş yelərinin ən doğru şəkildə təmini.

Seçilmiş CV bazası

Azem Karyera sizi ən yeni CV-lərlə təmin edir.

Beynəlxalq əməkdaşlıq

Azem Karyera sizin üçün bir çox xarici ölkədən kadr təminatını həyata keçirir.

Paketlərin satışı

Azem Karyera hazırladığı paketlərlə sizin işinizi asanlaşdırır.

Fiziki qüsurlular

Azem Karyera ölkəmizdə ilk dəfə olaraq fiziki qüsurlu şəxslər üçün CV bazası qurur.

Kadrların seçilməsi

Azem Karyera şirkətiniz üçün İnsan Resursları xidmətini həyata keçirir.

AZEMKARYERA İLƏ NƏ ƏLDƏ EDİRSİNİZ

 

853

CV SAYI

241

VAKANSİYA

33

ŞİRKƏT

15

TƏLİM

AZEMKARYERA HAQQINDA

10 illik şirkət təcrübəsinə malik olan AZEM&Partners şirkəti öz xidmət sahəsini AZEM Hüquq və AZEM Finansdan sonra AZEM Karyera ilə böyütməyə davam edir.Ölkəmizin əmək bazarındakı yenilikləri yaxından izləyən AZEM rəhbərliyi bu addımla əmək bazarına yeni bir nəfəs gətirəcəyini düşünür. AZEM Karyera əmək bazarında olan hər kəsin faydalana biləcəyi, dəqiq və sürətli iş və ya işçi axtarışı üçün nəzərdə tutulmuş müstəqil bir şirkətdir. Şirkət öz istifadəçilərinə həm ofis şəraitində, həm də geniş iş elanı və CV bazasından rahat istifadə imkanı verən onlayn sistem təqdim edir. Şirkət sahibləri və idarəçilər üçün şirkətin qurulmasından başlayaraq kadrların yerləşdirilməsi prosesi daxil olmaqla bütün mərhələləri həyata keçirməyə hazır olan Azem Karyera bu addımla sizlərə bütün kadrların peşəkarlıqla seçildiyi bir şirkət vəd edir.

AZEM&Partners şirkəti fəaliyyətinə 2007-ci ildə başlayıb və hal-hazırda Azərbaycanın yerli hüquq və finans şirkətləri arasinda aparıcı rola sahibdir.

Azem Karyera daxili və xarici əlaqə bazasından istifadə etməklə sizə bütün sahələrdə ən doğru kadrları təmin etməyi, eyni zamanda karyerasını xarici ölkələrdə qurmaq istəyənlərə ən uyğun karyera imkanını təklif etməyi qarşısına məqsəd qoyur. AZEM Karyera şirkəti olaraq sadəcə işədüzəltmə deyil, eyni zamanda fərdlərin karyera qurmaları zamanı qarşılaşdığı problemlərin həlli yollarını göstərməyi hədəfləyir. Şirkət işə götürən ilə potensial işçi arasında vasitəçisiz və operativ əlaqə imkanı meydana gətirərək əmək bazarındakı şəffaflığı təmin etməyi özünə borc bilir.

Bizim haqqımızda fikirlər

 

Yüklənir